Yəmənin Taiz şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) arasında növbəti toqquşmalar baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə19 nəfər ölüb, 35 nəfər yaralanıb.
Döyüşlərdə 9 üsyançı və 10 hökumət qüvvələrinin hərbçisi ölüb.
Xatırladaq ki, dekabrın 15-dən Yəməndə yeddi günlük atəşkəs elan olunmuşdu. Bu müddət ərzində baş vermiş döyüşlərdə azı 75 nəfər ölüb.