Mayın 9-da yaraqlılar Yəmənin paytaxtı Sanada prezident sarayına basqın edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, prezidentin mühafizə xidmətinin 5 əməkdaşı öldürülüb.
Bir müddət öncə “Röyter” bildirmişdi ki, yaraqlılarla prezident sarayının mühafizəçiləri arasında atışma gedir.
Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.