Yəməndə prezident iqamətgahında qarət
25 mart 2015 23:23 (UTC +04:00)

Yəməndə prezident iqamətgahında qarət

Yəmənin Ədən şəhərində yerli əhali prezident iqamətgahını qarət etməyə başlayıb.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Yəmən prezidenti Əbd Rabo Mənsur Hadi martın 7-də ölkə paytaxtının Ədən şəhərinə köçürüldüyünü elan etmişdi.

 

Qeyd edək ki, bir qədər əvvəl Yəmən prezidentinin ölkəni tərk etməsi barədə məlumat yayılmışdı. Hazırda Mənsur Hadinın harada olduğu məlum deyil.

 

Xatırladaq ki, şiə qiyamçıları bu ilin yanvarında prezident sarayını zəbt edərək hakimiyyəti ələ keçiriblər. Mənsur Hadi istefa müraciətini parlamentə göndərsə də,  sonra paytaxt Sənadan doğma Ədən şəhərinə qaçıb və parlamentə istefa ərizəsini geri götürməsi ilə bağlı müraciət göndərmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar