Yəmənin Taiz şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) arasında növbəti qanlı toqquşmalar baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, son iki gündə toqquşmalarda 17 nəfər ölüb, 112 -dən çox insan yaralanıb.
Toqquşmalar zamanı hökumət tərəfdarları tərəfindən 5 nəfərin öldüyü, 55 nəfərin yaralandığı bildirilir. Husilər arasında 12 nəfər ölüb, 24 nəfər yaralanıb.
Tibbi mənbələrdən alınan məlumatlara əsasən, qarşıdurma nəticəsində ikisi uşaq olmaqla 4 mülki vətəndaş ölüb, 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.