Yəməndə NBK-ya basqın edilib: 20 əsgər həlak olub
25 mart 2014 04:03 (UTC +04:00)

Yəməndə NBK-ya basqın edilib: 20 əsgər həlak olub

0

Yəmənin cənub-şərqindəki Nəzarət –Buraxılış Məntəqəsinə (NBK)  silahlı basqın edilib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, basqın nəticəsində 20 əsgər öldürülüb.

 

 

Hakimiyyət təmsilçiləri bildirib ki, hücum əsgərlər yatan zaman baş verib.

 

Hələlik bu hücumun məsuliyyətini heç bir silahlı qruplaşma üzərinə götürməyib.

 

Bununla belə hərbçilər basqının arxasında Yəməndəki «əl-Qaidə»-nin dayandığına əmin olduqlarını bildiriblər.

 

Hadisə baş verən Hadramut əyaləti «əl-Qaidə»-nin Ərəb yarımadasındakı əsas dayağı sayılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar