Yəmən sahillərində qanunsuz mühacirləri daşıyan qayığın qəzaya uğraması nəticəsində 35 nəfər itkin düşüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər 13 nəfərin həyatını xilas edə biliblər.
Digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir. İlkin məlumata əsasən, qəzaya səbəb qeyri-sabit hava şəraiti olub.