Yəməndə elan olunmuş rəsmi atəşkəs zamanı baş vermiş döyüşlərdə azı 75 nəfər ölüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, qızğın döyüşlər əsasən Səudiyyə Ərəbistanı ilə həmsərhəd Həccə əyalətində baş verib. “Döyüşlərdə azı 75 nəfər – 40-dan çox üsyançı husilər və hökumət qüvvələrinin 35 hərbçisi ölüb”, deyə məlumatda bildirilir.
Üsyançıları dəstəkləyən ordu qüvvələrinin bir qisminin nümayəndələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın 7 günlük atəşkəs rejimini azı 300 dəfə pozduğunu bildiriblər.
Xatırladaq ki, 7 günlük atəşkəs rejimi BMT tərəfindən dekabrın 15-də elan edilib.