Yəmən hakimiyyəti bildirib ki, ölkənin cənubunda əvvəllər Çeçenistanda qanunsuz silahlı dəstələr tərəfindən vuruşan Əbu İslam əl-Şizani adlı yaraqlı öldürülüb.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, ““əl-Qaidə” Ərəb yarımadasında” təşkilatının üzvlərinə qarşı antiterror əməliyyatı çərçivəsində onun daha 4 əlaltısı neytrallaşdırılıb.
Yəmənin Müdafiə Nazirliyi Abayan əyalətində təşkilatın başqa bir liderinin, 2011-ci ildə Özbəkistandan bu ölkəyə gedən Əbu Müslim əl-Özbəyin öldürüldüyünü bildirib.
Xatırladaq ki, ““əl-Qaidə” Ərəb yarımadasında” təşkilatını ABŞ qlobal cihad şəbəkəsinin ən təhlükəlisi sayır.