Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə husilərin mövqelərinə hava zərbələrini dayandırmalıdır.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Yəmənin xarici işlər naziri Riyad Yasin bəyan edib.
“Cəld və sərt əməliyyat üsyançıların mövqelərinin zəiflədilməsi üçün zəruri idi”, deyə nazir bildirib.
Hazırda əməliyyata son qoyulmalı, tərəflər isə münaqişənin diplomatik vasitələrlə həlli yollarını axtarmalıdırlar.
Qeyd edək ki, bir qədər əvvəl husilərin dəstəklədikləri Yəmənin sabiq prezident Əli Abdulla Saleh də tərəfləri atəşkəsə çağırıb.