Yəmən prezidenti Mənsur Hadi Yəmənin Səudiyyə Ərəbistanında olan səfiri, ölkənin sabiq dövlət başçısı olmuş Əhməd Əli Salehin oğlunu işdən azad edib. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, Hadi sabiq pprezidentin oğlunun husi üsyanının arxasında dayandığına əmindir.
Məlumat üçün bildirək ki, Yəməndən xarici diplomatların çıxarılması davam edir. İndiyə qədər 80 xarici diplomat Ədəni tərk edib.