Yəmən Müdafiə Nazirliyi bombardman edildi
10 aprel 2015 00:39 (UTC +04:00)

Yəmən Müdafiə Nazirliyi bombardman edildi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Sana şəhərində Yəmən Müdafiə Nazirliyinin binasına hava zərbəsi endirib. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə insidentin şahidləri məlumat verib.

 

Məlumata görə, üç partlayış baş verib, binanın üzərindən qara tüstünün qalxdığı bildirilir.  

 

Əl Cəzirə telekanalının məlumatına görə, zərbələr həmçinin Əl Cündə şəhərindəki ordu kazarmalarına və Səmaa şəhərindəki havadan müdafiə qüvvələrinin bazasına da endirilib.

 

Hücum zamanı güclü partlayışların baş verdiyi qeyd olunur. Məlumata görə, hava hücumu zamanı bir neçə silah-sursat anbarı məhv edilib.

 

Sutka ərzində, ümumilikdə, Yəmən 40 hava hücumuna məruz qalıb.

 

Əl Mayəddin telekanalının məlumatına görə, dinc sakinlər arasında ölən və yaralananlar var. Belə ki, Əmran şəhərində yerləşən sement zavoduna endirilən zərbə nəticəsində 10 dinc sakin ölüb, 15 nəfər yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

Oxşar yazılar