Yəmən hərbçiləri pusquya düşdü: 65 ölü
18 avqust 2015 22:28 (UTC +04:00)

Yəmən hərbçiləri pusquya düşdü: 65 ölü

Yəmən ordusunun 65 hərbi qulluqçusu üsyançı husilərin qurduğu pusquya düşərək həlak olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Yəmənin cənubundakı Aqaba Tara bölgəsində baş verib.

 

Şiddətli döyüş zamanı 15 nəfər itirən husilər həmçinin Yəmən ordusuna məxsus 8 zirehli maşını və 4 tankı məhv ediblər.

 

Bundan əvvəl bildirilirdi ki, Yəmən hökumət qoşunları ölkənin bütün cənub əyalətlərini nəzarət altına alaraq şimala doğru irəliləyirlər. Qeyd edək ki, Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarəti altındadır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar