Aprelin 1-ə keçən gecə koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəməndə 29 nəfər ölüb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, daha 24 nəfər xəsarət alıb.
Hava zərbəsinin Hodeyda şəhərindəki ərzaq məhsulları müəssisəsinin ərazisinə endirildiyi bildirilir. Hadisənin digər təfərrüatları məlum deyil.
Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə başlayıb.