Yemək çempionu yeni rekorda imza atdı
30 yanvar 2015 22:32 (UTC +04:00)

Yemək çempionu yeni rekorda imza atdı

0

Lent.az-ın “musavat”-com-a istinadən məlumatına görə,  peşəkar yeyənlər arasında növbəti yarış olub. Çikaqodan gələn yarışçı 30 dəqiqə ərzində 444 cücə qanadı yeyərək Filadelfiyada 23-cü dəfə keçirilən illik yarışın qalibi olub. Ötən il isə bu göstərici xeyli aşağı olmuşdu. Onda çempion cəmi 363 cücə qanadı yeyə bilmişdi.

 

Yarışın çempionu Patrik Bertoletti deyib ki, mən artıq özümü yaxşı hiss edirəm: “Bilirəm ki, daha cücə qanadı yeməyə məcbur deyiləm. Molli Şulyerin 440 cücə qanadı rekordunu da arxada qoymuşam”.

 

Əldə olunmuş yeni rekord çoxlarına şok yaşadıb. Yarışın fanlarından olan Anqelo Kataldi deyib ki, bu mümkün olan iş deyil, bu, ağlasığmaz göstəricidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar