Yəhudi dindarlar da hərbi xidmətə çağırılacaq
13 mart 2014 07:45 (UTC +04:00)

Yəhudi dindarlar da hərbi xidmətə çağırılacaq

İsrail parlamenti ultraortadoks yəhudilərin hərbi xidmətə çağırılması ilə bağlı mübahisəli qanun layihəsini təsdiqləyib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bundan sonra bu təbəqənin təmsilçiləri də ya ordu da, ya da mülki müdafiədə  xidmət edəcək.

 

Müxalifət bunun hakimiyyətin zorakılığı sayaraq,  qanuna səsverməni boykot edib.

 

Yeni qanun 2017-ci ildə qüvvəyə minəcək.

 

Mənbə xatırladıb ki, bir müddət öncə yüz minlərlə ultraortadoks yəhudi bu qanuna etiraz aksiyası keçirmişdi.

 

İsraildə hərbi xidmət laik yəhudilərə məcburidir. Ancaq ortodokslar- ieşivlər, ali dini məktəbin təmsilçiləri, dini baxışlarına görə, ənənəvi olaraq, bu vəzifədən azad edilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725
avatar

Oxşar yazılar