Yazdığı statusa görə 12 milyon qazandı
27 yanvar 2016 22:19 (UTC +04:00)

Yazdığı statusa görə 12 milyon qazandı

0

Dünya şöhərtli teleaparıcı Opra Uinfri bir tvit yazmaqla 12 milyon dollar qazanıb.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aparıcı “Tvitter” səhifəsində 13 dəqiqəlik video-çarx yerləşdirərək necə 12 kiloqram itirməsindən danışıb. O, çörəkdən imtina etməyərək, “Weight Watchers” şirkətinin arıqlamaq üçün nəzərdə tutulmuş məhsullarından istifadə yolu ilə artıq çəkilərindən xilas olduğunu bildirib.

 

Bu video-çarxın yayımlanmasından cəmi bir neçə saat sonra isə Opranın reklam etdiyi şirkətin səhmləri 2 dollar bahalaşıb və nəticədə aparıcı şirkətin əlində olan 6 milyon ədəd qiymətli kağızından 12 milyon dollar qazanıb.

 

Bununla da O.Uinfrinin bir tviti onu zəngin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar