Türkiyə Radio Televiziya Ali Şurası (RTÜK) "Pianoçu" filmini nümayiş etdirən televiziya kanalını cəzalandırıb. Lent.az-ın məlumatına görə, Türkiyənin cənub-şərq bölgəsində yayımlanan və mrkəzi ofisi Diyarbəkirdə yerləşən Gün TV-də bir neçə gün əvvəl məşhur "Pianoçu" filmi nümayiş olunub. RTÜK həmin filmdəki zorakılıq səhnələrini əsas gətirərək telekanala sonuncu xəbərdarlıq edib.
Qyd edək ki, "Pianoçu" filmi Oskar və Kann mükafatlarının laureatı olub.