Ukraynanın baş naziri Arseni Yatsenyuk ölkədəki hakimlərin hamısını istefaya göndərilməsini tələb edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Podrobnosti” nəşri məlumat yayıb.
“Ölkənin məhkəmə sistemindəki əsas problem hakimlərin özləri ilə bağlıdır. Ölkənin hakim korpusu tamamilə dəyişməyincə korrupsiya ilə mübarizədə real nəticəyə nail olunmayacaq”, deyə Yatsenyuk qeyd edib.
Qeyd edək ki, Ali Rada yaxın zamanda məhkəmə və hakim toxunulmazlığının ləğv olunması məsələsinə baxacaq.