Yatsenyuk Çeçenistanda Rusiyaya qarşı döyüşüb
09 sentyabr 2015 01:02 (UTC +04:00)

Yatsenyuk Çeçenistanda Rusiyaya qarşı döyüşüb

0

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin bildirib ki, qurumun əldə etdiyi məlumata əsasən, Ukraynanın baş naziri  Arseni Yatsenyuk birinci çeçen müharibəsində Rusiya ordusuna qarşı döyüşüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Aleksandr Bastırkin “Rossiyskaya gazeta”ya müsahibəsində bildirib.   

 

“Arseni Yatsenyuk azı iki silahlı toqquşmada– 1994-cü ilin dekabrın 31-də Qroznının Minutka meydanında və 1995-ci ilin fevralında Qroznı 9 saylı  şəhər xəstəxanasının qarşısında döyüşlərdə iştirak edib. Bundan başqa o 1995-ci ilin yanvarın 7-də Qroznı şəhərinin Oktyabr rayonunda rusiyalı hərbçilərinə işgəncə verilməsinə və güllələnməsində iştirak edib”, deyə Bastrlkin qeyd edib.

 

Bastırkinin sözlərinə görə,  Yatsenyuk rusiyalı hərbçilərini qətlə yetirdiyinə görə hətta Cövhər Dudayevin “Millətin şərəfi” ordeni ilə təltif edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar