Ukraynanın baş naziri Arsen Yatsenyuk ABŞ-a işgüzar səfərə yola düşüb. Lent.az-ın «tsenzor.net»-ə istinadən məlumatına görə, onun səfəri martın 12-13 - dək davam edəcək.
A.Yatsenyuk ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Konqresdə, eləcə də Beynəlxalq Valyuta Fondu və Dünya Bankında görüşlər keçirəcək. MAtın 13-də o, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcəek.
Nümayəndə heyəti çarter reysdən imtina edərək, reys təyyarəsi ilə uçub. Onlar «VİP»-dən deyil, adi zaldan təyyarəyə miniblər. Vaşinqtona biletin pulunu Yatsenyuk öz cibindən ödəyib.
Xatırladaq ki, bir müddət öncə o, büdcə vəsaitinə ciddi qənaət etməyə başladıqlarını bildirmişdi.