Yatsenyuk: “Rusiya təbii qazla bağlı danışıqlardan imtina edir”
21 may 2014 06:12 (UTC +04:00)

Yatsenyuk: “Rusiya təbii qazla bağlı danışıqlardan imtina edir”

Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib ki, Rusiya təbii qazın tədarükü məsələsi ilə bağlı danışıqlardan imtina edir.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu, onun  Avrokomissiya rəhbərliyinə və Avropa Birliyinə üzv dövlətlərin liderinə müraciətində vurğulanıb.  

 

Baş nazir qeyd edib ki, ötən həftə Ukrayna “Naftoqaz” şirkəti ilə Rusiya “Qazprom”-unun rəhbərləri arasında keçirilən görüş nəticəsiz başa çatıb.

 

 

“Ukrayna tərəfi “Qazprom”-a 2014-cü il üçün təbii qazın min kub metrinə 268,5 dollar ödəməklə bağlı müqavilə imzalamağı təklif edir. Müqavilə imzalandıqdan sonra Ukrayna 10 gün ərzində Rusiyaya ola borcunu  ödəyəcəyini bildirir” - deyə, müraciətdə bildirilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar