Yatsenyuk: “Mayın 25-də ümumxalq sorğusu keçirməyə hazırıq”
01 may 2014 00:32 (UTC +04:00)

Yatsenyuk: “Mayın 25-də ümumxalq sorğusu keçirməyə hazırıq”

Ukraynanın baş naziri Arseni Yatsenyuk ölkənin ərazi bütövlüyü və hakimiyyətin mərkəzsizləşdirilməsinin mümkünlüyü ilə bağlı mayın 25-də, növbədənkənar prezident seçkisi günü, sorğu keçirməyi təklif edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, hökumət başçısı deyib: “Sorğu bu gün Ukraynanı rahatsız edən məsələlər üzrə  keçiriləcək. Bura birlik, dövlətin ərazi bütövlüyü, hakimiyyətin mərkəzsizləşdirilməsi məsələləri daxildir. Hökumət ölkənin rus dilli əhalisinə və başqa etnik azlıqlara əlavə təminat verməyə hazırdır”.

 

Yatsenyuk onu da bildirib ki, Kiyev, Brüssel və Moskva Rusiyanın Ukraynaya satdığı təbii qazın qiyməti haqda üçtərəfli görüş keçirməyi də razılaşdırıblar.

 

 

“29 gündən sonra Ukraynanın tələbləri təmin olunmazsa, o zaman biz Rusiya tərəfi ilə Stokholmda Arbitraj məhkəməsində görüşəcəyik”-deyə, baş nazir əlavə  edib.

 

 

Xatırladaq ki, bu ilin aprelindən Rusiya Ukraynaya satdığı təbii qazın min kub metrinin qiymətini təxminən iki dəfə qaldırıb: 268,5 dollardan, 485 dollaradək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar