İsveçrədə 70 yaşlı ailə cütlüyü yerli kilsəni qarət edib.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, xəbəri “Frans press” yayıb.
Araşdırma zamanı məlum olub ki, cinayətkar ər-arvad varlıdır və pula ehtiyacı yoxdur. Onlar bildirib ki, oğruluğu əylənmək üçün ediblər.
Mənbənin məlumatına əsasən, qarətdən təqaüdçü cütlük bir neçə yüz frank qazanıb.
Məlumata görə, indiyə kimi onlar qanunu pozmayıblar.
Hazırda cinayət işi ilə bağlı istintaq aparılır.