Yasir Ərəfatın ölüm gününü qeyd edən yüzlərlə fələstinli yaralandı
12 noyabr 2015 02:23 (UTC +04:00)

Yasir Ərəfatın ölüm gününü qeyd edən yüzlərlə fələstinli yaralandı

0

İordaniya çayının  Qərb sahilində fələstinlilərin Yasir Ərəfatın vəfat günü ilə əlaqədar nümayişində İsrail əsgərləri ilə münaqişə yaşanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərinə görə, toqquşma nəticəsində 200-dən çox fələstinli xəsarət alıb.

 

Fələstin səhiyyə nazirliyinin məlumatına əsasən, 30 nəfər müxtəlif növ silahlardan açılan atəş nəticəsində, 85 nəfər rezin güllələrdən xəsarət alıb, daha 100-ə yaxın etirazçı isə gözyaşardıcı qazdan zəhərlənib.

 

Noyabrın 11-də İordan çayının Qərb sahilində Fələstin milli muxtariyyətinin ilk lideri, Nobel Sülh mükafatı laureatı Yasir Ərəfatın ölüm gününü qeyd ediblər. Xatırladaq ki, Yasir Ərəfat 2004-cü ildə Parisdə hərbi hospitalda vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar