Dünyada yaşamaq üçün ən yaxşı şəhər Avstriyanın paytaxtı Vyanadır.
Lent.az-ın “axşam.az-a “ istinadən xəbərinə görə, “Mercer” şirkətinin dünyanın 230 şəhəri üzərində apardığı araşdırmanın nəticəsində birinci yerə Vyana layiq görülüb. Şəhərlər siyasi sabitlik, səhiyyə sistemi, təhsil, kriminal durum, təhlükəsizlik meyarları baxımından qiymətləndirilib.İnkişaf etmiş nəqliyyat şəbəkəsinə görə həyat şəraitinin daha rahat olduğu Vyana zəngin kafe mədəniyyəti, sarayları, mədəniyyət və sənət həyatı ilə turistlərin ən çox diqqətini çəkən paytaxtlardan biri kimi göstərilir.
Siyahıda Vyanadan sonra İsveçrənin Sürix, Almaniyanın Münhen, Dusseldorf və Frankfurt, Kanadanın Vankuver şəhərləri gəlir. Yaşamaq üçün ən pis şəhər isə İraqın paytaxtı Bağdad seçilib.