Yaroşdan təklif: “Rusiyaya qarşı partizan müharibəsi aparmalıyıq”
18 may 2014 07:13 (UTC +04:00)

Yaroşdan təklif: “Rusiyaya qarşı partizan müharibəsi aparmalıyıq”

Sağ-mərkəziçi qruplaşamanın, “Pravıy sektor”-un lideri, Ukrayna prezidentliyinə namizəd Dmitri Yaroş bildirib ki, Krımı Ukraynanın tərkibinə qaytarmaq vacibdir.

 

Lent.az-ın “nyusuru”-ya istinadən məlumatına görə, ölkənin “Birinci” televiziya kanalında prezidentliyə namizədlərin debatı zamanı o, deyib: “Krım tatarları amilindən istifadə edərək, partizan müharibəsi ilə biz on geri qaytarmalıyıq. Krım Ukraynanın olub, olacaq”.

 

O, Ukraynanın şərq vilayətlərinə Rusiya ordusunun yeridilməsinin “gerçəklik” olduğunu vurğulayıb: “Bu gün biz dövlət güc qurumlarının qarşıdurmaya müqavimət göstərə bilmədiklərinin şahidiyik. Fikrimcə, Rusiya Ukraynaya ordu yeridərsə, o zaman məğlub olacaq. Çünki onda könüllülərdən ibarət dəstələr Rusiyaya qarşı genişmiqyaslı partizan müharibəsinə başlayacaq. Belə dəstə artıq Donbasda yaranıb.

 

Ukrayna partizan dəstələrinə istinadən etməlidir. Artıq “Donbas” batalyonu yaradılıb. “Donbas-1”, 2 və 3 isə formalaşır. Onun tərkibində “Pravıy sektor”-un könüllüləri də daxil olub” - deyə, prezidentliyə namizəd bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094
avatar

Oxşar yazılar