Banqladeşin paytaxtı Dakkada pulsuz geyim paylanması izdihama səbəb olub, nəticədə 23 nəfər ölüb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Banqladeşin Mymensingh bölgəsində bir tütün fabriki tərəfindən keçirilən yardım kampaniyası çərçivəsində pulsuz geyim paylandığını eşidən 1500 insan fabrikin qarşısına toplanıb. Binaya girməyə çalışarkən böyük izdiham yaranıb. Nəticədə 23 nəfər ölüb, onlarla insan xəsarət alıb. Hadisə ilə bağlı fabrik sahibi və daha 6 nəfər gözaltına alınıb.