Mayın 22-də naməlum silahlılar Luqansk vilayətindəki “Lisiçanskuqol” Səhmdar Cəmiyyətinin 4 daşkömür mədənini ələ keçirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda Ukraynanın Energetika Nazirliyi açıqlama yayıb.
Basqın nəticəsində mədənlərdə iş dayanıb.
“Terrorçular silahla oradakı işçiləri hədələyərək, onlardan partlayıcı maddə tələb ediblər”-deyə, nazirlik bildirib.
Qurum ölkənin Təhlükəsizlik Xidmətinə müraciət edərək, baş verən olay qarşı tədbir görməsini istəyib.
Nazirlik onu da qeyd edib ki, mayın 19-da naməlum şəxslər Qorlovkadakı daş kömür mədəninə və “Kondratovka” mədəninin sənaye meydanına basqın etmişdi. Onlar oradakı avadanlığı sökərək, metalları aparmaq niyyətində imiş.