Yaraqlılar İraqın ən iri neft zavodu olan şəhəri tutub
11 iyun 2014 22:18 (UTC +04:00)

Yaraqlılar İraqın ən iri neft zavodu olan şəhəri tutub

0

“İraq və Levante İslam Dövləti” adlı silahlı qruplaşma ölkənin Tikrit şəhəri üzərində nəzarəti əl keçirib.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, yerli polis jurnalistlərə bildirib ki, Tikrit yaraqlıların əlindədir.

 

Məlumata əsasən, onlar həbsxanadan 300-ə yaxın tərəfdarlarını azad ediblər.

 

Xatırladaq ki, son iki gündə yaraqlılar İraqın Neynəva əyalətinin böyük hissəsini, o cümlədən Mosulu ələ keçirib. Bəzi xəbərlərə əsasən, onlar Səlahəddin əyalətinin Bəyci şəhərini də tutublar. Ölkənin ən iri neft-emalı zavodu bu şəhərdə yerləşir. Bundan başqa Fəlluca, Ramadi şəhərləri bir neçə aydır onların əlindədir.

 

Məlumatlara əsasən, Suriyanın şərq hissəsinə də onlar nəzarət edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 790

Oxşar yazılar