Yaponiyada Toxoku Universitetinin yataqxanasından 105 tələbənin sərxoşluq etdikləri üçün qovublar.
Lent.az-ın “Lenta.ru”-ya istinadən məlumatına görə, onların çoxu birinci və ikinci kursun tələbələri olub.
Universitet rəhbərliyi həmin tələbələrlə qonşuluqda yaşayan müəllim və tələbələrin çoxsaylı şikayətlərindən sonra bu qərarı qəbul edib.
Mənbə bildirib ki, Yaponiyanın ali təhsil müəssislərinin yataqxanalarına spirtli içki içmək yasaqlanıb. Bununla belə son zamanlar bu qayda tez-tez pozulur.