Yaponiyada kilsə yandı:  ikisi uşaq olmaqla 4 nəfər öldü
26 oktyabr 2014 06:26 (UTC +04:00)

Yaponiyada kilsə yandı: ikisi uşaq olmaqla 4 nəfər öldü

0

Yaponiyanın cənubunda, Nonoiti şəhərində kilsənin yanması nəticəsində ikisi uşaq olmaqla, azı 4 nəfər ölüb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın monoteist Tenrikyo dininə məxsus kilsədə baş verib.

 

Hadisənin təfərrüatları, ölən və yaralananların dəqiq sayı müəyyənləşdirilir.

 

Tenrikyo dini XIX əsrdə Yaponiyada meydana gəlib. Dünyada bu dinin 2 milyona yaxın  məsləkdaşı var, onların əksəriyyəti Yaponiyada yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar