Yaponiyada istidən iki nəfər ölüb
01 iyun 2014 03:08 (UTC +04:00)

Yaponiyada istidən iki nəfər ölüb

Son günlər Yaponiyada hava isti keçir. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, nəticədə istidən iki nəfər ölüb,  200 nəfər istivurmadan xəstəxanaya yerləşdirilib.

 

Ölənlərin hər ikisi qadındır. Onlardan birinin cəsədi istixanadan tapılıb. Şahidlər o biri qadının bağda işləyərkən öldüyünü deyib.

 

Tokio şəhəri, Ayti, Fukui və Mie perfekturalarında istivurma nəticəsində insanlar xəstəxanaya yerləşdirilib. Onların sayı artıq 233 nəfər çatıb.

 

Mənbə bildirib ki, Yaponiyada mayın sonundakı isti adətən yayın ortaları üçün xarakterikdir. Oita perfekturasında bu il  ilk dəfə termometrlər 35 dərəcəni göstərib. Tokioda isə gündüz temperatur 32 dərəcə olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769

Oxşar yazılar