Yaponiyada bu gün səhər saatlarında iki cinayətkar barəsində çıxarılmış ölüm hökmü icra edilib. APA-nın “NHK”-yə istinadən verdiyi xəbərə görə, edam olunanlardan biri Satosi Tsuda 2009-cu ildə 3 nəfərdən ibarət ailəni qətlə yetirməkdə, ikinci cinayətkar isə 2006-cı ildə qarət məqsədilə iki nəfəri qətlə yetirməkdə təqsirli bilinib.
Baş nazir Sindzo Abenin hakimiyyəti dövründə ümumilikdə 14 ölüm hökmü icra edilib.
Yaponiyada ölüm hökmü asılmaqla icra edilir.