APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli külək elektrik xətlərini sıradan çıxarıb, 4 min ev işıqsız qalıb.
Ümumilikdə, 140 tikiliyə ziyan dəyib. Qasırğa Yaponiyanın nəqliyyat sistemini də iflic edib. Hava limanlarında 500-dən çox aviareys ləğv olunub. Dəmiryol nəqliyyatı fasilələrlə işləyir.
Yaponiyanın meteoroloji idarəsi dağlıq ərazilərdə torpaq sürüşmələri və daşqınlar barədə əhalini xəbərdarlıq edərək, insanları ehtiyac olmadan küçəyə çıxmamağa çağırıb.