Yaponiyada qətliam törədən şəxs bəlli oldu - YENİLƏNİB
26 iyul 2016 04:25 (UTC +04:00)

Yaponiyada qətliam törədən şəxs bəlli oldu - YENİLƏNİB

Yaponiyanın Saqamihara şəhərində qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb.

 

APA-nın Kyodo agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə  güc strukturlarındakı mənbə bildirib.

 

Məlumata əsasən, məhdud imkanlı insanların yaşadığı pansionata hücum edərək onlarla insanları qətlə yetirən şəxs 26 yaşlı Satoşi Uematsu olub.

 

Mənbəyə görə, onun əvvəllər həmin müəssisədə işlədiyi müəyyənləşib. Hazırda hüquq-mühafizə orqanları qətlin motivini araşdırır.

 

Satoşi Uematsu məhdud fiziki imkanlı insanların yaşadığı tibb müəssisəsinə hücum edərək 19 nəfəri bıçaqlayaraq qətlə yetirib. Hadisə nəticəsində 20-si ağır olmaqla 45 insan xəsarət alıb.

 

 

***

 

Yaponiyanın Kanaqava prefekturasında  naməlum bıçaqlı şəxsin məhdud imkanlı insanların yaşadığı tibb müəssisəsinə hücumu nəticəsində 19 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 45 nəfər xəsarət alıb, onlardan 20-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Cinayəti törədən şəxs saxlanılıb.  Onun adı hələlik açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

Oxşar yazılar