Yaponiyada 8,5 bal gücündə zəlzələ oldu
30 may 2015 22:23 (UTC +04:00)

Yaponiyada 8,5 bal gücündə zəlzələ oldu

Yaponiyada  8,5 bal gücündə güclü zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Meteoroloji Agentliyi məlumat yayıb.  

 

Yeraltı təkanlar bir neçə dəqiqə paytaxt Tokioda hiss olunub. NHK telekanalının məlumatına görə, təkanların gücü Yaponiyanın 7 ballıq cədvəlinə əsasən 5 bal təşkil edib.    

 

Məlumata görə, zəlzələnin episentri Sakit okeanda Oqasavara adası yaxınlığında olub (Yaponiya ilə Marian adaları arasında yerləşir). Zəlzələnin ocağı yerin təkindən 590 km dərinlikdə olub.  

 

Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan olunmayıb.  Dağıntılar və itki barədə məlumat yoxdur.

 

Güclü yeraltı təkanlar ölkənin bütün ərazisində hiss olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar