Yaponiyada bir neçə həftədir davam edən anomal istilər nəticəsində 6 mindən çox sakin günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bəzi yerlərdə havanın temperaturu 1976-cı ilin rekord göstəricisni - 39 dərəcəni keçib.
Ölənlərin və xəstəxanalara yerləşdirilənlərin yarısı Böyük Tokio massivinin sakinləridir. Onların əksəriyyətinin təqaüdçü olduğu bildirilir.
Ümumilikdə, Yaponiyada bu il 25 nəfər isti havanın qurbanı olub, 14 min nəfər isə günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.