Yaponiyada 6,9 bal gücündə zəlzələ, sunami təhlükəsi elan edildi
17 fevral 2015 04:12 (UTC +04:00)

Yaponiyada 6,9 bal gücündə zəlzələ, sunami təhlükəsi elan edildi

Yaponiyanın şimal-şərq bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İvate prefekturası yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Ölkənin meteorologiya idarəsi sunami təhlükəsi elan edib, sahilboyu zonada yaşayanlara evlərini tərk etmək tövsiyə olunub. Zəlzələ Honsü adasının bütün prefekturalarında və Hokkaydo adasında hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar