Yaponiyada 6,8 ballıq zəlzələ olub
12 iyul 2014 00:58 (UTC +04:00)

Yaponiyada 6,8 ballıq zəlzələ olub

0

İyulun 11-də Yaponiyanın Şərqində 6,8 bal gücündə zəlzələ baş verib.

 

Lent.az-ın “İTAR-TASS”-a  istinadən məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasından şərqdə, Sakit okeanda yerləşib.

 

Sunami təhlükəsi elan edilib. Baş verən təbii fəlakətlə bağlı ümummilli xəbərdarlıq sistemi işə düşüb və sakinlər baş verən olayla bağlı məlumatlanıblar.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 757

Oxşar yazılar