Yaponiyada 5,5 bal gücündə zəlzələ
25 dekabr 2014 04:26 (UTC +04:00)

Yaponiyada 5,5 bal gücündə zəlzələ

0

Dekabrın 25-də Yaponiyanın şimal-şərq hissəsində 5,5 bal gücündə zəlzələ baş verib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Miyaqi prefekturasından şərqdə, ocağı isə 30 km dərinlikdə yerləşib.

 

Zəlzələ ölkənin 12 prefekturasında hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur. Yeraltı təkanlar nəticəsində  "Fukusima-1" Atom Elektrik Stansiyasında ştatdankənar vəziyyət qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar