İkinci dünya müharibəsindən sonra silahlı qüvvələrə ölkə xaricindəki əməliyyatlarda iştirak etmək hüququnun verilməsi haqda Yaponiya hökumətinin başçısı Sindzo Abe qətnamə qəbul edib.
Lent.az-ın “«Lenta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.
Sənədə əsasən, ölə Konstitusiyasında uyğun dəyişiklik edilib: bundan sonra Yaponiyanın Özünümüdafiə qüvvələri əgər ölkə özü təcavüzə məruz qalmırsa, o zaman kollektiv müdafiə çərçivəsində dost dövlətlərin müdafiəsində iştirak edə bilər.
Xaricdəki hərbi əməliyyatlarda iştirakla bağlı bir sıra şərtlər qoyulub. Qətnamədə bildirilib ki, alternativ hərbi müdaxilə tətbiq edilməməlidir. Güc ən az qüvvə ilə tətbiq oluna bilər.
İndiyə kimi Yaponiya ordusunun taqımı yalnız BMT-nin sülhməramlı qüvvələri tərkibində iştirak edib.
Qeyd edək ki, ikinci dünya savaşında məğlub dövlətlərdən biri kimi Yaponiyaya silahlı qüvvələr saxlamaq qadağan edilmişdi. Bundan başqa özünümüdafiə qüvvələri xarici hərbi əməliyyatlarda iştirak edə bilməzdi.