Yaponiyada 5,9 bal gücündə zəlzələ olub.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hatidzedzima adasından 292 km cənub-qərbdə, ocağı isə 9 km dərinlikdə yerləşib.
Filippində isə 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Pandan Nioq şəhərindən 81 km qərbdə, ocağı isə 24 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.