Yaponiya Ukrayna milisinə 1500 maşın verəcək
06 iyun 2015 22:06 (UTC +04:00)

Yaponiya Ukrayna milisinə 1500 maşın verəcək

Ukrayna prezidenti Pyotr Poroşenko Yaponiyanın Ukrayna hüquq-mühafizə orqanlarına ekoloji mühərriklə təchiz olunmuş 1500-dən çox milis avtomobili verəcək.  APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.  

 

“Bu layihə bizim əməkdaşlığımızın səmərəliliyini təsdiq edir. Bu gün biz cənab baş nazirlə bu layihənin uğurlu icrası ilə əlaqədar keçiriləcək  mərasimdə iştirak edəcəyik”, deyə Poroşenko bildirib.  

 

Bundan əvvəl Kiyevdə səfərdə olanYaponiyanın baş naziri Sindzo Abe Pyotr Poroşenko ilə görüşündən sonra maliyyə sabitliyinin təmin olunması üçün Yaponiyanın Ukraynaya 1,5 mlrd dollar verəcəyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar