Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdiyini elan edib. Lent.az-ın kp.ru-ya istinadən verdiyi xəbərə görə, artıq Rusiyanın bir neçə bankı - “Sberbank”, “Vneştorqbank”, “Qazprombank”, “Rosselxоzbаnk” və “Vneşekonombank” sanksiyalarla üzləşib. Analitiklər sonuncu sanksiyanı digər sanksiyalara nisbətən daha sərt hesab edir.
Qeyd edək ki, bu gün Rusiya prezident administrasiyasının rəhbəri Sergey İvanovun Kuril arxilepağına aid İturup adasına səfəri Yaponiyanı hiddətləndirib.