Yaponiya İŞİD-lə mübarizədən imtina etdi
29 noyabr 2015 03:09 (UTC +04:00)

Yaponiya İŞİD-lə mübarizədən imtina etdi

0

Yaponiyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaq niyyəti yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya XİN mətbuat katibi Yasuxisu Kavamuru bildirib.

 

“Yaponiya İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirən koalisiyada iştirak etmək niyyətində deyil. Həmçinin loqistik dəstəyin, hava zərbələrin və ya İŞİD-ə qarşı hər-hansı digər hərbi fəaliyyətlərin təmin olunması ilə  bağlı koalisiyaya kömək etmək planlaşdırılmır”, deyə məlumatda qeyd olunub.   

 

 Yasuxisu Kavamuru qeyd edib ki, Yaponiya qaçqınlara humanitar yardım göstərməkdə davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 766

Oxşar yazılar