Yaponiya Rusiya qarşısında geri çəkildi: <span style="color:red;">Putin gələcək
26 sentyabr 2014 10:50 (UTC +04:00)

Yaponiya Rusiya qarşısında geri çəkildi: Putin gələcək

Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinin ölkəsinə səfəri ilə bağlı təklifi geri götürmədiklərini açıqlayıb. Lent.az-ın xəbərinə görə, bu barədə “Komsomolskaya pravda” qəzeti “Kiodo” agentliyinə istinadən xəbər verib.

 

Baş nazir Sindzo Abe səfərin hansı vaxta planlaşdırılması ilə bağlı konkret heç nə deməyib.

 

Bir neçə gün əvvəl Yaponiya hökumətinin Vladimir Putinə ölkəyə səfərlə bağlı etdikləri təklifdən imtina etdiyi xəbəri yayılmışdı. Bundan sonra Rusiya prezident administrasiyasının rəhbəri Sergey İvanovun iki ölkə arasında mübahisəli Kuril arxipelaqına aid İturup adasına səfəri Yaponiya hökumətinin etirazına səbəb olmuşdu.

 

Yaponiya isə daha sonra Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdiyini elan etdi. Rusiyanın bir neçə bankı - “Sberbank”, “Vneştorqbank”, “Qazprombank”, “Rosselxоzbаnk” və “Vneşekonombank” sanksiyalarla üzləşib. Analitiklər sonuncu sanksiyanı digər sanksiyalara nisbətən daha sərt hesab edir.

 

Kuril adaları İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçib. Yaponiya isə Kuril adalarına Rusiyaya güzəştə getmək istəmir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1819
avatar

Oxşar yazılar