Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu, “Mako” şirkətlər qrupunun sahibi Aleksandr Yanukoviç bank hesabındakı pulun məbləğini açıqlayıb.
Lent.az-ın “LB.ua”-ya istinadən məlumatına görə, o, bildirib ki, firmasının İsveçrə bankındakı hesabında 11 milyon dollar, şəxsi hesabında isə 200 min dollar pul var.
“İsveçrədə direktorun istintaqında mənim ingilis vəkillərim iştirak edib. Orada 11 milyon dollara yaxın maliyyə vəsaiti dondurulub. Şirkətin bank hesabı orada olduğundan həmin vəsait maliyyə əməliyyatında istifadə edilirdi. Mənim, atam və qardaşımın hesabı ilə bağlı deyilənlər uydurmadır. Ukraynadakı öz bankımda şəxsi hesabım var idi”-deyə, o, vurğulayıb.
A.Yanukoviç pullarının bir hissəsini Ukraynadan çıxara bildiyini söyləsə də onun miqdarını deməkdən yayınıb.
2014-cü ilin əvvəlində məşhur “Forbes” jurnalı Aleksandr Yanukoviçin var –dövlətinin 78 milyon dollar olduğunu bildirmişdi.
Mənbə xatırladıb ki, bu ilin aprelində ölkənin müvəqqəti baş prokuroru Oleq Maxnitski keçmiş prezident V.Yanukoviç və ölkənin keçmiş məmurlarının 32 milyard dolları Rusiyaya apardığını təsdiqləmişdi.