Yanukoviçə qarşı sanksiyaların müddəti uzadıldı
05 mart 2015 18:21 (UTC +04:00)

Yanukoviçə qarşı sanksiyaların müddəti uzadıldı

 

Avropa İttifaqı Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun yaxın ətrafına qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.


 

 APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının mətbuat xidmətinin bəyanatında deyilir. “Şura aktivlərin dondurulması və Ukraynanın qanunsuz mənimsənilmiş dövlət vəsaitlərinin qaytarılmasına yönəlmiş məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb”, - deyə bəyanatda bildirilir.

 

Xatırladaq ki, Avropa İttifaqı 2014-cü ilin martında V. Yanukoviçin, onun ailə üzvlərinin və Ukraynanın bəzi keçmiş dövlət məmurlarının Avropa banklarındakı vəsaitlərini dondurub. Ukraynanın yeni hakimiyyəti eks-prezidenti ümumilikdə 3 milyard dollar həcmində mənimsəmədə ittiham edir.   

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 91
avatar

Oxşar yazılar