İsveçrə hökuməti Ukraynanın keçmiş prezidenti Viktor Yanukvoçin hakimiyyəti ilə əlaqəsi olan daha 9 ukraynalının bank hesablarını dondurub.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «röyter» bu haqda xəbər yayıb.
Onların arasında Yanukoviçin və keçmiş baş nazir Nikolay Azarovun oğulları da var.
Mənbə xatırladıb ki, İsveçrə hakimiyyəti artıq keçmiş prezidentə bağlı siyasətçilərin və onların qohumlarının hesablarını dondurub.
Uyğun tədbiri Avstriya, Britaniya, Kanada, Lixtenşteyn və Niderland da görüb.
Məlumata əsasən, Ukraynanın baş naziri Arsen Yatsenyuk bir müddət öncə bildirmişdi ki, Yanukoviçin prezidentliyi dövründə ölkədə 70 milyard dollar çıxarılıb.