Ukrayna Baş Prokurorluğunun qaldırdığı yeni cinayət işində sabiq prezident Viktor Yanukoviçin adı hallanır.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, konkret olaraq Yanukoviç və onun komandasında yer almış digər yüksək çinli məmurlar terror təşkilatının yaradılmasında ittiham edilir.
Ukrayna Baş Prokurorluğu bildirir ki, eks-prezidentlə yanaşı Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Aleksandr Yakimenko və sabiq daxili işlər naziri Vitali Zaxarçenko 2014-cü ilin fevralın 20-də Kiyevdə kütləvi insan ölümünə səbəb olan terrorçu təşkilat yaradıblar. Həmin təşkilata Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları və Daxili qoşunların əsgərləri cəlb olunub.